Qonşusu

Qonşusu "Suraxanı Oil" olanın həyatı belə riskdə olar- VİDEO

Hazırda oxunan: Qonşusu "Suraxanı Oil" olanın həyatı belə riskdə olar- VİDEO

117749
"Suraxanı Oil" şirkətinin Suraxanı rayonu Əmircan qəsəbəsindəki inzibati binasının həyətində yerləşdirilmiş su çəni ərazidə yaşayan sakinlər üçün təhlükə mənbəyinə çevrilib. xa0

Moderator.az - ın əməkdaşı sakinlərin xahişi ilə ərazidə olub. Adıçəkilən ünvanda real durumu oxuculara təqdim edəcəyimiz videomaterialda görmək mümkün olacaq...xa0

Ərazidə yaşayan sakinlərin bildirdiyinə görə, su çəni dolduqdan sonra binanın hasarındakı işıq lampalarının üzərinə tökülür. Bu da ətrafdan keçən sakinlərin həyatı üçün real təhlükə yaradır. Eyni zamanda su çənin üzərindən elektrik xətləri də keçir. Ərazidə oynayan azyaşlı uşaqlardan biri kabelə toxunsa, hər an onu elektrik cərəyanı vura bilər. Eləcə də yağışlı günlərdə kabellərin açıq yerləri islanaraq qısa qapanma hadisəsi baş verə bilər ki, bu da yolun kənarı ilə gedib-gələn sakinlərin həyatı üçün təhlükəlidir. Bununla bağlı ərazidəki sakinlər narazılığını bildirir, amma heç kəsin problemin həlli ilə maraqlanmadığı iddia olunur...

Elşən Yəhyayev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO