Yaralı neftçiyə kəllə-beyin travması diaqnozu qoyuldu

Yaralı neftçiyə kəllə-beyin travması diaqnozu qoyuldu

Hazırda oxunan: Yaralı neftçiyə kəllə-beyin travması diaqnozu qoyuldu

110079
Dövlət Neft Şirkətinin (SOCAR) “Günəşli”x9d yatağının 10-cu dərin dəniz özülündə baş vermiş yanğın və qəzadan təxliyyə edilənlərdən daha biri Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.

Moderator.az-ın apa-ya istinadən verdiyi məlumata görə, 1976-cı il təvəllüdlü İsmayıl Ələkbər oğlu Mehdiyev dünən ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Lakin bu gün o, özünü pis hiss edib və yenidən xəstəxanaya müraciət edib.

Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Həkimlər onun xəstəxanada qalmasına və müalicəsini davam etdirməsinə qərar veriblər.

Xatırladaq ki, hazırda qəzada xəsarət almış 9 nəfər Mərkəzi Neftçilər Xəstəxanasındadır. Onların vəziyyətləri qənaətbəxşdir.

xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO