Tərtər şəhidi Məftun Əhmədzadənin anım günü keçirilib - FOTO 

Tərtər şəhidi Məftun Əhmədzadənin anım günü keçirilib - FOTO 

Hazırda oxunan: Tərtər şəhidi Məftun Əhmədzadənin anım günü keçirilib - FOTO 

101146

2022-ci ilin sentyabr ayında Ermənistan silahlı qüvvələrinin dövlət sərhəddində törətdiyi təxribatın qarşısını alarkən şəhid olan Əhmədzadə Məftun Seymur oğlunun anım mərasimi keçirilib. 

Bizim.Media-nın Qarabağ bürosunun məlumatına görə, mərasimdə rayon ictimayyətinin nümayəndələri, hüquq-mühafizə orqanları əməkdaşları, şəhid ailələri, qazilər, veteranlar və bir qrup rayon sakinləri iştirak edib.  

Mərasimdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin ruhuna dualar oxunub, şəhid Məftun Əhmədzadənin keçdiyi döyüş yolundan geniş söhbət açılıb.  

Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, müddətdən artıq həqiqi hərbi xidmət keçən əsgər Əhmədzadə Məftun Seymur oğlu sakini 1996-cı ildə Tərtər rayonu, Evoğlu kəndində anadan olub. O, 12-13 sentyabr 2022-ci il tarixdə Ermənistan tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhəddində törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub.  

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO