Mirzə Cəlil barəsində bilmədiyimiz çox maraqlı faktlar və xatirələr  - TARİX

Mirzə Cəlil barəsində bilmədiyimiz çox maraqlı faktlar və xatirələr - TARİX

Hazırda oxunan: Mirzə Cəlil barəsində bilmədiyimiz çox maraqlı faktlar və xatirələr - TARİX

241276

Moderator.az böyük Azərbaycan maarifçisi, yazıçı-publisist Mirzə Cəlil Məmmədquluzadə haqqında yazını təqdim edir. Bu yazıda Mirzə ilə bağlı maraqlı məlumatları oxuya biləcəksiniz:

“Əl verməmək və uzun danışıqlarla işdən ayırmamaq xahiş olunur”. Bu sözlər Mirzə Cəlil redaksiyanın girəcəyində divara yazıb vurmuşdu. Yazıçı redaksiyaya gəlib çox zaman lüzumsuz söhbətlərlə onun vaxtını alanlardan bezmişdi. Bundan başqa, tanımadığı adamlarla əl tutub görüşdükdən sonra mütləq gedib əllərini yuyurdu.
xa0Tək işləməyi sevərdi, ən xırda səs belə onun fikrini dağıdıb, işini yarımçıq qoya bilərdi.
Adətən, gecə saat 4-ə kimi işləyər, səhərlər yuxudan gec qalxardı. Gecələr pis yatanda səhərlər əsəbi, yaxşı yatdıqda isə gülərüz, zarafatcıl olardı.
Həkimlər Miller və Kneupinin su ilə müalicə üsulunu yüksək qiymətləndirir, həmişə soyuq suda çimirdi, hətta qışda da otağın pəncələrini açıq qoymaq kimi adəti vardı.
Qənaətcil idi, hər qəpiyinin qədrini bilirdi. Eyni zamanda, çox xeyirxah, axırıncı tikəsini başqasına verməyə hazır adamıdı. Həmişə fikirli olurdu. Çox kəskin eşitmə və iybilmə qabiliyyəti vardı. Pinti adamları iylə tanıya, qonşu otaqdakı pıçıltını belə eşidə bilirdi. Hər adama asanlıqla inanmaz, çox tez də inciyərdi.
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 ***
Cəlil Məmmədquluzadə bir dəfə Tiflisdə yolla gedərkən gənc bir oğlan onun cibinə girərək əlyazmalarını çıxarır. Demə, bu hadisəni polis uzaqdan görürmüş. Tez gəncin arxasıyca qaçaraq onu yaxalayır. Cəlilin gəncə yazığı gəlir, elə polisin yanında ona yaxınlaşıb ərklə deyir:
– Sənə neçə dəfə demişəm ki, tələsmə, niyə tələsirsən, bir neçə gündən sonra jurnalda çıxar oxuyarsan.xa0
Sonra ərklə də kağızı cavan oğlandan alır. Polis onların bir birini tanıdığını zənn edib oradan uzaqlaşır.xa0xa0
***
Mirzə Cəlilin “Qurbanəli bəy” hekayəsi 1907-ci ildə kiçik kitabça halında çıxır. Bir qrup gənc ziyalı Qurbanəli bəy tipində bir bəylə zarafatlaşmaq üçün onun yanına gəlirlər. Deyirlər ki, bəy,xa0 Molla Nəsrəddin sənin barəndə hekayə yazıb,xa0 amma adını dəyişib.xa0 Hekayəni bəyə oxuyurlar. Bəy razılıq əlaməti olaraq başını yırğalayıb möhkəmcə gülür. Hekayənin axırına çatanda isə yaman dilxor olur. Deyir ki,xa0 yalandı. Mən bir qonaqlığa görə axurda gizlənənlərdən deyiləm. Ondansa arvad ləçəyi bağlamaq daha yaxşı olardı. Cavanlar zarafatın alındığını görüb bəyin üstünə gedirlər:
– Bəy, eybi yox, Tiflisə yolun düşəndə gedib cavabını verərsən.
– Ay kişilər, mən qonaqlara qonaqlıq da vermişəm, o pristav köpəyoğluna at da bağışlamışam. Amma bu gör nə yazıb?! Məni bir qonaqlığa görə axura salıb. Elə günü sabah gedib cavabını verəcəyəm.xa0
Deyilənə görə səhəri gün həmin adam Tiflisə gedib Mirzə Cəlili tapır və əhvalatı ona nəql edir:
– Molla, vallah-billah,xa0 nəyə inanırsan inan, mən axura girməmişəm,xa0 sizə yalan deyiblər. Kişi də bir atdan ötəri axura girər?! Onda gərək biz adımızı gədə qoyardıq.
Mirzə Cəlil başa düşür ki,xa0 bəyi aldadıblar. Odur ki, deyir:
– Eybi yoxdur,xa0 bəydadaş, gələn dəfə yazanda axura girmək əhvalatını pozaram. Onda məndən inciməzsən ki?
– Yox, vallah. Bir yaxşı at da sənə bəxşeyiş edərəm, – deyə cavab verir.xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO