Prezident: Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

Hazırda oxunan: Prezident: Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

187432

Vətən müharibəsi və antiterror əməliyyatı nəticəsində biz bu gün öz su mənbələrimizə tam sahib olmuşuq.

Bizim.Media  xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindəki çıxışında deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Prezident Şirvan suvarma kanalının təməlini qoydu - FOTO/VİDEO​


Vaxtilə Ermənistanın təkcə bizim torpaqlarımızı deyil, resurslarımızı da işğal etdiyini xatırladan dövlətimizin başçısı bildirib:

“Qarabağ və Şərqi Zəngəzurda mövcud olan su resursları bizim ümumi su resurslarımızın 25 faizini təşkil edir. Bu su resurslarının əsas xüsusiyyəti, müsbət tərəfi odur ki, bunlar daxili mənbələr hesabına formalaşan su resurslarıdır”. 

Prezident qeyd edib ki, Qarabağın və Şərqi Zəngəzurun su resursları daxili mənbələr olduğu üçün bunun xüsusi əhəmiyyəti var.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO