İrpen şəhərində prospektlərin birinə “Azərbaycan” adının verilməsi təklif edilib - FOTO

Hazırda oxunan: İrpen şəhərində prospektlərin birinə “Azərbaycan” adının verilməsi təklif edilib - FOTO

187403

Ukraynanın İrpen şəhərinin mərkəzi prospektlərinin birinə “Azərbaycan” adının verilməsi təklif edilib.

Bizim.Media xəbər verir ki, bu barədə AZƏRTAC-a açıqlamasında İrpen şəhərinin meri Oleksandr Markuşin bildirib.

“İrpendə hazırda akademik Zərifə Əliyeva adına küçə var. Biz bu şəhərdə Azərbaycanla bağlı küçə və prospektlərin sayının artırılması istiqamətində işlərimizi davam etdiririk. İrpen şəhərinin prospektlərinin birinə “Azərbaycan” adının verilməsi təklif edilib. Biz İrpen Şəhər Şurasında bu məsələni mütləq gündəliyə çıxaracağıq. Deputatlar sessiyada müzakirə edəcəklər”, - deyə Oleksandr Markuşin qeyd edib.

Mer vurğulayıb ki, İrpenin küçə və prospektlərinə Azərbaycanla bağlı adların verilməsi məsələsinə baxılması təsadüfi deyil. Çünki Azərbaycan ən ağır günlərdə İrpenə dəstəyini göstərməkdədir.

“Bu gün Azərbaycan dövləti qəhrəman İrpen şəhərinə sözdə yox, əməldə dəstəyini göstərir”, - deyə mer əlavə edib.


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO