Həbs edilən sabiq nazir David Tonoyandan YENİ XƏBƏR VAR

Hazırda oxunan: Həbs edilən sabiq nazir David Tonoyandan YENİ XƏBƏR VAR

56114

Bu gün Ermənistanın sabiq müdafiə naziri David Tonoyanın və hazırkı Baş Qərargah rəisi Artak Davtyanın məhkəməsi başlayır.

Bizim.Media “Sputnik Ermənistan” nəşrinə istinadən xəbər verir ki, hər iki şəxs Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini Stepan Qalstyan, aviasiya idarəsinin keçmiş rəisi Avetik Muradyan və silah alverçisi David Qalstyanın çinayət işi ilə bağlı ittiham olunur.

İddiaya görə, sonuncular ordu üçün yararsız hava raketləri alıblar və nəticədə 4,6 milyon dollar mənimsəyiblər. Ancaq onlar günahlarını etiraf etmirlər. 

Tonoyanın vəkilləri artıq məhkəmənin açıq keçirilməsini tələb edəcəklərini bəyan ediblər. Eks-nazir özü hesab edir ki, bu iş onu və müdafiə nazirliyini gözdən salmaq cəhdidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO