Nəvai Bəkirov 4 il taksidə işlədiyi avtomobilini NÜMAYİŞ ETDİRDİ – VİDEO 

Hazırda oxunan: Nəvai Bəkirov 4 il taksidə işlədiyi avtomobilini NÜMAYİŞ ETDİRDİ – VİDEO 

187397

Rusiya və MDB ölkələrində məşhurlaşan müğənni Nəvai Bəkirov 2016-2018-ci illər ərzində məşğul olduğu taksi fəaliyyətindən söz açıb. 

Bizim.Media xəbər verir ki, sənətçi bununla bağlı “YouTube” kanalında yayımlanan “По Гаражам” layihəsinə müsahibəsində danışıb. 

Nəvai bildirib ki, ilk “Nissan Almera” markalı avtomobilini 2016-cı ildə əldə edib: 

“Bu avtomobil 2016-ci ilin buraxılışıdır. Mexanikadır. Bu avtomobildə mən 4 il taksi fəaliyyəti ilə məşğul olmuşam. Günlər olub ki, içində yatmışam. Bu nəqliyyat vasitəsini alanda çox pis vəziyyətdə idi. Avtomobili normal vəziyyətə gətirmək üçün həm daxildən, həm də xarici görünüşünə əl gəzdirmişəm. Disklərinə qədər dəyişdirmişəm. Texniki dəyişikliklərdən sonra maşın qalxa, enə bilir. Bu avtomobillə 223 min kilometr yol qət etmişəm. Bu maşını alanda 50-60 min “probeq”i vardı. Konsert verməyə başlayanda düşündüm ki, ilk avtomobilimi satım. Amma sonra da bu fikrimdən daşındım. Hazırda avtomobil qarajımda onu göz muncuğu kimi qoruyub saxlayıram”. 

Qeyd edək ki, N.Bəkirov avtomobil kolleksiyasının 5,6 milyon manat olduğunu açıqlamışdı. 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO