Xatirədən GÖZLƏNİLMƏZ QƏRAR: "Daha muğam oxumaq istəmirəm" - VİDEO 

Hazırda oxunan: Xatirədən GÖZLƏNİLMƏZ QƏRAR: "Daha muğam oxumaq istəmirəm" - VİDEO 

106792

Müğənni Xatirə İslam uzun aradan sonra "7 canlı" axşam şousunun qonağı olub.  

Bizim.Media xəbər verir ki, canlı yayımlanan verilişdə estrada janrında lentə aldığı yeni mahnılarını ifa edən sənətçi bildirib ki, bundan sonra muğam oxumayacaq: 

"Bütün repertuarımı və tərzimi dəyişmişəm. Musiqiçilərə dünən söylədim ki, canlı oxumaq istəmirəm. Ustadım İslam Rzayev dünyasını dəyişdikdən sonra fikirləşdim ki, muğam oxumaq istəmirəm. İslam müəllim vəfat etdikdən sonra bir çox sənətkarlar deyirdilər ki, muğamla davam et, səndə bu potensial var. Toylarda və el şənliklərində əl çəkmirlər ki, muğam oxuyum.

O zaman "Hə" deyib, oxuyuram. Amma artıq muğam ifa etmək ürəyimdən keçmir". 

Qeyd edək ki, Xatirə İslam iki ilə yaxın idi ki, efirlərə çıxmaqdan imtina edirdi. Buna səbəb isə sənətçinin televiziya rəhbərlərindən qonorar tələb etməsi olub.  

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO