Nicat Abasov UDUZDU 

Hazırda oxunan: Nicat Abasov UDUZDU 

187409

Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində təşkil olunan İddiaçılar Turnirində növbəti görüşünü keçirib. 

Bizim.Media xəbər verir ki, 10-cu turda ABŞ təmsilçisi Hikaru Nakamura ilə üz-üzə gələn 28 yaşlı qrossmeyster məğlub olub. 

Şahmatçılar arasında əvvəlki görüşdə heç-heçə qeydə alınmışdı.

Bu nəticədən sonra Abasov turnir cədvəlində 3 xalla sonuncu – 8-ci pillədə qərarlaşıb. Nakamura isə 5,5 xalla 3-5-ci yerləri bölüşdürür.

Qeyd edək ki, yarış aprelin 22-də başa çatacaq. 8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci olan qrossmeyster hazırkı dünya çempionu Dinq Lirenlə (Çin) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO