"Barselona” bu gün PSJ-ni qəbul edəcək

Hazırda oxunan: "Barselona” bu gün PSJ-ni qəbul edəcək

187408

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarına start veriləcək.

Bizim.Media xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək. Hər iki görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

İspaniya “Barselona”sı səfərdə qalib gəldiyi Fransa PSJ-sini qəbul edəcək. Digər matçda isə İspaniyanın “Atletiko Madrid” klubu Almaniyada Dortmund “Borussiya”sının qonağı olacaq. Madrid təmsilçisi evdəki ilk oyunda 2:1 hesablı qələbə qazanıb.

UEFA Çempionlar Liqası

1/4 final, cavab oyunları

16 aprel

23:00. “Barselona” (İspaniya) – PSJ (Fransa)

Baş hakim: İştvan Kovaç (Rumıniya)

Barselona, Olimpiya stadionu

İlk oyun – 3:2

23:00. “Borussiya” (Dortmund, Almaniya) – “Atletiko Madrid” (İspaniya)

Baş hakim: Slavko Vinçiç (Sloveniya)

Dortmund, “Siqnal İduna Park” stadionu

İlk oyun – 1:2

Qeyd edək ki, bu raundun digər iki cavab görüşü aprelin 17-də keçiriləcək.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO