Rusiya uzunmüddətli müharibəyə hazırlaşır - ISW

Hazırda oxunan: Rusiya uzunmüddətli müharibəyə hazırlaşır - ISW

88473

Rusiya hərbi sənaye kompleksinə çəkilən xərcləri 700 milyard rubl artırmaq niyyətindədir. Şoyqunun T-72 tanklarının istehsalı üçün “Uralvaqonzavod”a bu yaxınlarda səfəri də hərbi istehsalın maksimum yüksəldiləcəyindən xəbər verir.

Bizim.Media-nın məlumatına görə, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu (ISW) məlumat yayıb.

İddia edilib ki, bu zavod Qərb ölkələrinin tətbiq etdiyi sanksiyalara görə maliyyə çətinliyi ilə üzləşib və avadanlıq istehsalında dövlət qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməyib.

ISW-nin fikrincə, silah istehsalını səfərbər etmək cəhdi Rusiya Federasiyasının Ukraynaya qarşı uzunmüddətli müharibəyə hazır olduğunu göstərə bilər. Tədqiqatçılar xatırladıblar ki, Kreml müdafiə sektoru üçün çalışan sənaye müəssisələrini səfərbər etmək qərarına gəlib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO