Quba-Xınalıq yolunda minik avtomobili aşdı - YARALI VAR - FOTO

Hazırda oxunan: Quba-Xınalıq yolunda minik avtomobili aşdı - YARALI VAR - FOTO

88448

Quba-Xınalıq yolunun Bostankeş kəndindən keçən hissəsində "Hyundai"markalı avtomobil qəza törədib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Bakı sakini, 25 yaşlı Ərturan Aqil ağlu Həşimovun idarə etdiyi avtomaşın yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib və yolun soluna aşıb.

Nəticədə avtomobiləki sərnişin, Bakı sakini olan 35 yaşlı Elvin Məmməd oğlu Budaqov xəsarət alaraq Quba  Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.

Xəsarət alan şəxsin  avtomaşının sahibi olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.

Aytəkin Alxaslı, Bizim.Media - Şimal Bürosu

















 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO