Buraxılış imtahanında 300 bal toplayan Gəncə məktəbliləri həkim olmaq istəyirlər – FOTO  

Hazırda oxunan: Buraxılış imtahanında 300 bal toplayan Gəncə məktəbliləri həkim olmaq istəyirlər – FOTO  

187456

Bu gün XI sinif üzrə 10 mart tarixində keçirilmiş buraxılış imtahanının nəticələri açıqlanıb. Gəncənin orta ümumtəhsil məktəblərinin üç şagirdi imtahanda maksimum nəticə göstərib. 

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, Gəncə şəhəri İ.Məmmədov adına 27 nömrəli məktəb-liseyin 11 “A” sinfinin yetirməsi Həqiqət Əzizova, M.C.Paşayev adına 39 saylı orta məktəbin şagirdi Nuray Hüseynova və V.Veysəlov adına 30 nömrəli tam orta məktəbin şagirdi Nəzrin Əhmədova maksimum 300 bal toplayıblar. 

Əldə etdiyimiz məlumata görə, məzunlardan ikisi 4-cü qrup üzrə ali məktəbə daxil olmağı planlaşdırır və həkim olmağı arzulayırlar. 





Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO