DYP: Yağışın yaratdığı fəsadlar aradan qaldırılır
Yol polisi ölkə ərazisində aramsız yağan yağışların yaratdığı çətinlikləri aradan qaldırır.
Bu barədə Bizim.Media-ya Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Bildirilib ki, ölkə ərazisində yağan aramsız yağışlar avtomobil yollarında, xüsusilə paytaxtın küçə və prospektlərində bir sıra çətinliklər yaradıb. Yollarda hərəkətin nizamlanması, eləcə də fəsadların aradan qaldırılması məqsədilə DYP əməkdaşları aidiyyəti qurumlarla birgə çalışır.
Nasazlıq səbəbindən məcburi dayanan avtomobillər yoldan kənarlaşdırılır, piyadaların yolu təhlükəsiz keçmələrinə bilavasitə köməklik göstərilir.
Respublika əhəmiyyətli avtomobil yollarında nəqliyyatın intensiv hərəkətinin ...