“ARB” kanalının yayımı 24 saatlıq DAYANDIRILACAQ
Bu gün Azərbaycan Respublikası Audiovizual Şurasının onlayn iclası keçirilib, iclasda "ARB" kanalının efirində "Reklam haqqında" Qanunun pozulması faktı müzakirə olunub.
Bizim.Media xəbər verir ki, bu barədə Audiovizual Şuradan bildirilib.
Bildirilib ki, 08 fevral 2026-cı il tarixində kanalın efirində saat 13.38-də yayımlanan reklam materialında endirimin və ödəniş şərtlərinin reklamda aydın və düzgün şəkildə göstərilməməsi aşkarlanıb. Fakt ilə bağlı zəruri araşdırmalar aparılıb və "Reklam haqqında" Qanunun 7-ci maddəsinin tələblərinin pozulması təsbit olunub. Belə ki, həmin reklamda təqdim olunan məlumatlar "Reklam haqqında" Qanunun 7.1.4-...