Qarabağ və Şərqi Zəngəzurda ötən il 191 küçə üzrə ünvan təyin edilib
2025-ci ildə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində (Qarabağ və Şərqi Zəngəzur) ümumilikdə 191 küçə üzrə 9 153 giriş ünvanı, 2 943 daxili ünvan təyinatı aparılaraq Ünvan Reyestri İnformasiya Sisteminə daxil edilib.
Bizim.Media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti məlumat yayıb.
Bildirilib ki, hesabat dövründə "İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nda əks olunmuş tədbirlər, o cümlədən, torpaqların elektron kadastr uçotu, yerquruluşu və torpaq tədqiqatları istiqamətində işlər davam etdirilib.
İl ərzində işğaldan azad edilmiş ərazilərdə torpaq tədqiqatı üzrə 140.2 min ha, geobotaniki...