Müxtəlif bölgələrdə yaşayan şəhid ailələri ziyarət edildi - FOTO
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin regional filiallarının əməkdaşları ölkənin müxtəlif rayonlarında yaşayan şəhid ailələrini ziyarət ediblər.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, mütəmadi xarakter daşıyan ziyarətlərin məqsədi şəhidlərimizin əziz xatirəsini anmaq, onların ailə üzvlərinin sosial vəziyyətlərini diqqətdə saxlamaqdır.
Ziyarətlər zamanı şəhidlərin ailə üzvləri ilə həmsöhbət olan əməkdaşlar onların sosial vəziyyəti ilə maraqlanıb, bundan sonra da daim dövlət qayğısı ilə əhatə olunacaqlarını bildiriblər.
Görüşlərdə həmçinin şəhid ailələrinə göst...