Şavkat Mirziyoyev İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
											Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib.
Bizim.Media xəbər verir ki, təbrikdə deyilir:
"Ölkənizin şanlı bayramı – Zəfər Günü münasibətilə Sizi – əziz qardaşımı və bütün Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.
Beş il əvvəl doğma Vətəninin əsl fədaisi və sadiq oğlu, görkəmli dövlət və siyasət xadimi olan Sizin kimi müdrik rəhbərin qətiyyəti və cəsarəti sayəsində ölkənizin ərazi bütövlüyü bərpa edilmiş, tarixi ədalət təmin olunmuşdur.
Bu möhtəşəm hadisə təkcə Azərbaycanın gücünü və böyük potensialını bütün dünyaya aydın şəkildə nümay...