Azərbaycan və Rusiyanın Baş nazirlərinin müavinləri GÖRÜŞDÜ – FOTO
Bakıda Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevlə rusiyalı həmkarı Aleksey Overçuk arasında görüş keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Görüşdə Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığının müxtəlif istiqamətlərdə mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsinin 10%-dən çox artdığı qeyd edilib, bu müsbət dinamikanın cari ildə də davam etdiyi və 8 ay ərzində qarşılıqlı ticarətin ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,5% artaraq 3 milyard 350 milyon dollar olduğu vurğulanıb.
Şimal-Cənub dəhlizi ilə daşımaların həcmi 2025-ci ilin 9 ayı ərzində 8.3% artıb. Bun...