Maks Ferstappen Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu - VİDEO
Formula 1 Azərbaycan Qran-Prisində əsas yarışın qalibi məlum olub.
Bizim.Media xəbər verir ki, yarışda hər biri iki pilotdan ibarət 10 komanda mübarizə aparıb.
Ən yaxşı nəticəyə “Red Bull” komandasının üzvü Maks Ferstappen imza atıb. Finişə birinci çatan sürücü Azərbaycan Qran-Prisinin qalibi olub.
Corc Rassell (“Mercedes”) ikinci, Karlos Saynz (“Uilliams”) üçüncü olub.
Sentyabrın 19-da keçirilmiş birinci sərbəst yürüşdə “McLaren”in britaniyalı pilotu Lando Norris, ikinci sərbəst yürüşdə "Ferrari"də çıxış edən Luis Hemilton finişə hamıdan tez çatıblar. Ötən gün təşkil olunmuş üçüncü sərbəst yürüşdə ən yaxşı nəticəyə Lando ...