SON DƏQİQƏ: Azərbaycanda zəlzələ oldu
İsmayıllı rayonunda 3 maqnitudalı zəlzələ olub.
Bizim.Media xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
“Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, İsmayıllı stansiyasından 22 km şimalda, İsmayıllı rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb”, – məlumatda qeyd olunub.
Yerli vaxtla 05:18-də qeydə alınmış yeraltı təkanların ocağı 9 km dərinlikdə yerləşib.
Bizim.Media ...