Bəzi qurumların iş rejimi DƏYİŞDİRİLƏCƏK
2025-2026-cı illərdə Dövlət orqanlarının (qurumlarının),təhsil və tibb müəssisələrinin, habelə digər hüquqi və fiziki şəxslərin iş rejimi dəyişkən iş qrafikinə əsasən təşkil ediləcək.
Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramında deyilir.
Dövlət Proqramına əsasən, NK və ƏƏSMN, ETN, SN, TƏBİB, NƏŞ tərəfindən müvafiq siyahılar təsdiq ediləcək və müvafiq siyahıya uyğun dəyişkən iş rejimi təşkil ediləcək.
Bununla yanaşı, 2025-2029-cu illər ərzində Bakı şəhərində yerləşən təhsil müəssisələrini...