Ötən il neçə nəfər soyad sonluğunu DƏYİŞDİRİB? – ÖZƏL
2024-cü il ərzində 1479 şəxs öz soyad sonluğuna dəyişiklik edib.
Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, onlardan 49 şəxs dövlət dilinə uyğunlaşdırılmış soyadlarını, qalanlar isə -ov –yev sonluqlu soyadlarını –zadə və ya –lı (sözün kökündən asılı olaraq “-li”, “-lu”, “-lü”), -soy, -oğlu, -qızı sonluqlu və ya sonluqsuz sonluqlu formaları ilə əvəz edib.
Məlumatda qeyd edilib ki, Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında Azərbaycan Respublikası Milli Məclisinin 02.02.1993-cü il tarixli Qərarı ilə Azərbaycan Resp...