Ermənipərəst Menendes 11 il azadlıqdan MƏHRUM EDİLDİ
Ermənipərəst keçmiş amerikalı senator Bob Menendesə hökm oxunub.
Bizim.Media CNN-ə istinadən xəbər verir ki, korrupsiya və rüşvətxorluqda ittiham olunaraq ona 11 il müddətinə azadlıqdan məhrum edilmə cəzası kəsilib.
Hökmdən əvvəl keçmiş senator ağlayaraq ailəsindən başqa onun üçün dəyərli olan hər şeyi itirdiyini bildirib.
Hökmü ABŞ-ın Manhetten dairə hakimi Sidni Ştayn elan edib.
Keçmiş senator Misirin hərbi maraqlarını önə çıxarmaq, cinayət təqiblərinə müdaxilə etmək və Qətər rəsmilərinin investisiyalarının təhlükəsizliyini təmin etmək üçün səlahiyyətlərindən sui-istifadə etməyə çalışmaqda ittiham edilir. İttiham aktına əsasən, Menendes və erməniəsilli həyat yoldaşı Nadine Mene...