Beynəlxalq axtarışda olan Hindistan vətəndaşı Monakoya təhvil verildi
Monako Knyazlığının hüquq mühafizə orqanları tərəfindən iqtisadi sahədə cinayətlər törətməkdə təqsirləndirilərək beynəlxalq axtarışa elan edilmiş 1991-ci il təvəllüdlü Hindistan Respublikasının vətəndaşı Rathore Devanshunun verilməsinə dair Monako Knyazlığının səlahiyyətli orqanının vəsatəti baxılması üçün Baş Prokurorluq tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Bu barədə Bizim.Media-ya Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Qeyd olunan şəxs 2024-cü ilin iyun ayında ölkəmizdə müəyyən edilərək barəsində həbs qətimkan tədbiri seçilib.
"Ekstradisiya haqqında" Avropa Konvensiyasına və ona Əlavə Protokollara əsasən məhkumun ekstradisiyası haqqında qə...