Azərbaycan Qazaxıstan neftinin tranzitinə başlayır
SOCAR Qazaxıstanın “Kaşağan” yatağından hasil edilən xam neftin “Bakı-Tbilisi-Ceyhan” (BTC) boru kəməri ilə tranzitinə başlayır.
SOCAR-dan Bizim.Media-ya bildirilib ki, yanvarın 25-də Aktau limanında tankerə yüklənən “Kaşağan” neftinin ilk partiyası təxminən 6 min ton təşkil edir.
Yanvarın 27-də Səngəçal terminalına çatan yük BTC vasitəsilə Ceyhan limanına daşınacaq. İlk partiya Qazaxıstanın “KazMorTransFlot” şirkətinin idarə etdiyi “Taraz” tankeri ilə daşınır. Bu, 2025-ci il yanvarın 15-də SOCAR-ın törəmə şirkəti “SOCAR Midstream Operations” MMC ilə “KazMunayQaz”ın (KMG) törəmə şirkəti “KMG Tradi...