İlham Əliyev Azərbaycanın D-8-ə üzv qəbul edilməsi ilə bağlı PAYLAŞIM ETDİ - FOTO
“Bu gün Qahirədə İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) Zirvə toplantısı zamanı Azərbaycanın təşkilata üzv qəbul edilməsinə görə Türkiyə, Pakistan, Misir, İran, İndoneziya, Malayziya, Nigeriya və Banqladeşin dövlət və hökumət başçılarına təşəkkürümü bildirirəm".
Bizim.Media xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Azərbaycanın D-8 təşkilatına üzv qəbul edilməsi ilə bağlı rəsmi "X" hesabındakı paylaşımında yer alıb.
"Azərbaycanın namizədliyinə dəstək bu ölkələr ilə səmimi dostluğumuzun və əməkdaşlığımızın göstəricisidir.
Türkiyənin təşəbbüsü ilə yaradılmış D-8 təşkilatı 30 ilə yaxındır ki, fəaliyyət göstərir və ilk dəfə olaraq genişlənmə ilə əlaq...