Daha bir yerüstü piyada keçidinin inşası yekunlaşmaq üzrədir – FOTO
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakıda daha bir ərazidə - Hava Limanı-Mərdəkan-Zuğulba avtomobil yolunun 3-cü km-də yerüstü piyada keçidinin inşasını yekunlaşdırmaq üzrədir.
Bizim.Media agentliyə istinadən xəbər verir ki, layihə üzrə keçidin ümumi uzunluğu 51 metr, daxili eni 3,5, pilləkənlərin eni 3 metrdir.
Yol səviyyəsindən hündürlüyü 5.8 metr olan keçid orta dayaqdan ibarət, metal konstruksiyalıdır.
İki giriş-çıxışdan ibarət olan keçiddə müasir lift sistemləri quraşdırılır, keçidin istismarına nəzarət edən işçilər üçün nəzarət otağı qurulur. Layihə çərçivəsində yaxın günlərdə keçiddə təhlükəsizlik kameralarının quraşdırılması da nəzərdə tutulub.&n...