Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına ÇAĞIRIŞ
Səfirlik Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına çağırış edib.
Bizim.Media xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyi bununla bağlı müraciət yayıb.
Bildirilib ki, təhlükəsizlik risklərinin artması ilə bağlı yayılmış məlumatları nəzərə alaraq 21-22 noyabr tarixlərində konsulluq qəbulu aparılmayacaq.
“Səfirlik Ukraynada daimi və müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarına müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi və yerli dövlət orqanlarının bütün tövsiyələrinə əməl olunması, hava həyəcanı siqnalına riayət olunmaqla sığınacaqlara keçmələrini bir daha xahiş edir. Konsulluq qəbulunun aparılmayacağı bu tarixlərdə vətəndaşlarımızın üzləşə b...