Bakıda COP29 çərçivəsində Parlament Görüşü keçirilir
Bakıda COP29 çərçivəsində Parlamentlərarası İttifaq və Azərbaycan Milli Məclisinin birgə təşkilatçılığı ilə Parlament Görüşü öz işinə başlayıb.
Bizim.Media xəbər verir ki, ikigünlük tədbirdə 66 ölkə və beynəlxalq təşkilatdan 92 nümayəndə heyəti, 330-dək iştirakçının qatılacağı tədbirdə 12 spiker və vitse-spiker başda olmaqla 167 parlament üzvü iştirak edir.
Parlament Görüşündə keçiriləcək sessiyalarda "İqlim dəyişmələrinin real təsirləri", "İqlim öhdəliklərinin reallığa çevrilməsi üçün təsirlərin azaldılması ilə bağlı iddialı tədbirlərin artırılmasında və milli səviyyədə müəyyən edilmiş töhfələrin həyata keçirilməsində parlamentlərin rolu", "İqlim maliyyələşdir...