Şuşa və Ağdam abidələri ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına DAXİL EDİLDİ
"Şuşa Tarix-Memarlıq Qoruğu" və "Ağdam İmarət Kompleksi və Cümə məscidi" adlı iki nominasiyanın ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin yaydığı məlumatda deyilir.
MÖVZU İLƏ BAĞLI:
Şuşada İslam Dünyası İrs Komitəsinin iclası başladı - FOTO
Bildirilib ki, 8-9 oktyabr tarixlərində 2024-cü ildə “İslam dünyasının mədəniyyət paytaxtı” missiyasını daşıyan Şuşa şəhərində ICESCO-nun İslam Dünyası İrs Komitəsinin 12-ci sessiyası keçirilir. Oktyabrın 9-da sessiya işini davam etdirib. Üçüncü iclasda İslam Dünyasının İrs Siyahısına təqdim edilmiş müxtəlif nominas...