9-cu siniflərin buraxılış imtahanının keçirilmə qrafiki AÇIQLANDI – CƏDVƏL
Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının şəhər və rayonlar üzrə keçirilmə qrafiki müəyyən olunub.
Bizim.Media xəbər verir ki, Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı 5, 12 və 26 aprel 2026-cı il tarixlərində keçiriləcək.
Buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki ilə aşağıdakı cədvəldə tanış ola bilərsiniz.
Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı:
5 aprel Xətai, Nərimanov, Qaradağ, Suraxanı, Səbail, Pirallahı, Gəncə (I hissə), Samux, Yevlax, Şəmkir (I hissə), Ağstafa, Şəki, Lənkəran (I hissə), Astara, Yardımlı, Ağdam (o cümlədən Kəngərli, Xıdırlı kənd tam o...