Cəlilabadda əmiləri tərəfindən baltalanan uşaqlardan biri VƏFAT ETDİ
Cəlilabad rayonunda əmisi tərəfindən balta ilə xəsarət yetirilən qız ölüb.
Bizim.Media xəbər verir ki, 2011-ci il təvəllüdlü Həqiqət Nağıyeva həkimlərin bütün səylərinə baxmayaraq, yerləşdirildiyi Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.
Hadisənin şahidi olan qonşuların verdiyi məlumata görə, özünü balta zərbəsindən qorumaq istəyən yeniyetmənin əvvəlcə əl hissəsi kəsilib, sonra isə başından zərbə alıb.
Mərhumun meyiti müayinə olunması üçün morqa təhvil verilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Xatırladaq ki, qızın qardaşı 2012-ci il təvəllüdlü Nağıyev Hüseyn Musa oğlu da ağır xəsarətlərlə xəstəxanadadır. Hadisəni törədən uşaqların əmisi 4...