XİN-dən Yaxın Şərq regionunda olan soydaşlarımızın təxliyəsi ilə bağlı AÇIQLAMA
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Yaxın Şərq regionunda vətəndaşlarımızın təxliyəsi ilə bağlı yerli mətbuatın sualını cavablandırıb.
Bizim.Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
XİN rəsmisi Yaxın Şərqdə davam etməkdə olan gərgin hərbi vəziyyət nəzərə alınaraq, bölgədə qalan Azərbaycan vətəndaşlarının vəziyyəti və onların təxliyəsi istiqamətində atılan addımlar barədə son məlumatları bölüşüb.
Bildirilib ki, hərbi eskalasiya başlayan ilk gündən etibarən bölgədə yerləşən Səfirliklərimiz və Baş konsulluqlarımız fəaliyyətini gücləndirilmiş rejimdə davam etdirir, vətəndaşlarımıza müvafi...