Məktəblərin qarşısına niyə videokameralar quraşdırılmır? - AÇIQLAMA

Məktəblərin qarşısına niyə videokameralar quraşdırılmır? - AÇIQLAMA

Hazırda oxunan: Məktəblərin qarşısına niyə videokameralar quraşdırılmır? - AÇIQLAMA

234117

Təhsil müəssisələrinin qarşısında kriminal xarakterli, qanuna zidd olaylar, narkotik satışları geniş vüsət alıb. 

 

Maraqlıdır, bu cür hadisələrin müəyyən edilməsi məqsədi ilə məktəblərin qarşısında videokameralar yerləşdirilirmi?

 

Sfera.az-ın məlumatına görə, bununla bağlı fikirlərini bölüşən Osman Gündüz deyib ki,  təhsil müəssisələrinin ərazisi video müşahidə altında olmalıdır:

 

“Ümumiyyətlə, ictimai təhlükəsizliyin qorunması və cinayətkarlığın qarşısının alınmasında "Təhlükəsiz Şəhər" sisteminin rolu gücləndirilməlidir. Dəfələrlə şahidi olmuşuq ki, polis kamera nəzarəti olan ərazilərdə cinayətin üstünün açılmasında daha çevik və effektiv hərəkət edə bilir. Effektiv videomüşahidə sistemi polisin rəqəmsallaşmasında mühüm əhəmiyyət kəsb edir. Amma təəssüf ki, ictimai əhəmiyyət kəsb edən yerlərdə- yeni tikililərdə, təhsil müəssisələrinin ətrafında, ümumiyyətlə ölkə üzrə kameralaşma ilə bağlı ciddi problemlər hələ də qalır”.

 

Ekspert bildirib ki, dünyada artıq bu sahədə süni intellekt vasitəsilə həll yolları tətbiq edilir:

 

“Hətta maskada olan cinayətkarların identifikasiyasına imkan verən müşahidə texnologiyalarından istifadə edilir. Düşünürəm ki, “Təhlükəsiz şəhər”lə bağlı Prezident fərmanı və Nazirlər Kabinetinin qərarları olmasına baxmayaraq proses ləng gedir”.

 

Günay

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO