Red Bull Thre3Style 7 il əvvəl yerli yarışma kimi Kanadada başlamış, 2010-cu ildə isə ilk dəfə dünya arenasına çıxıb. Bu yarışma on ölkənin ən öndəgedən DJ-lərini üz-üzə gətirərək müasir DJ yarışmalarının simasını dəyişib. O vaxtdan bəri ötən dörd il ərzində Red Bull Thre3Style populyarlaşaraq hal-hazırda dünyanın ən böyük DJ yarışmasına çevrilib.
2012-ci ildən etibarən, Bakıda artıq üç dəfə milli final keçirilib. 3 dəfə də qalib DJ Twist olub. O, artıq iki dəfə dünya finallarında ölkənin şərəfini qoruyub, və məhz o, sentyabrda keçirilən çempionatda Azərbaycanı təmsil edəcək.







































































































