“Haram olduğu üçün tortu bərabər kəsmədik”
  - Tənqid olundular

“Haram olduğu üçün tortu bərabər kəsmədik” - Tənqid olundular

Hazırda oxunan: “Haram olduğu üçün tortu bərabər kəsmədik” - Tənqid olundular

240331

“Yeni ulduz” müsabiqəsi ilə tanınan müğənni Elnar Xəlilov evlənir. O, şairə Aysel Nəcəfli ilə ailə qurmaq qərarına gəlib.xa0

Cütlüyün elçilik mərasimi 6 sentyabr tarixində baş tutub.xa0 Elnar iki gün əvvəl instaqramda sevgilisinə evlilik təklifi edən videosunu paylaşıb.xa0

“Uzun müddət ərzində bir dəfə də olsun ki, əlindən tutmadım. Aramızda kirli düşüncələr olmadı, bir-birimizi saf sevdik. Barmağım belə sənə toxunmadı. Amma çox istərdim ki, əlindən tutaraq üzüyü taxım. Amma halalım deyilsən. Qarşında diz çökmüyəcəm, çünki sən də bunu diləmirsən. Üzüyü özün barmağına tax” – deyə Elnar bildirib.xa0xa0

Aysel isə həmin videonu səhifəsində paylaşaraq xoşbəxt olduğunu bildirib. O, daha sonra elçilik zamanı lentə alınan görüntüləri sosial şəbəkədə yayaraq belə şərh yazıb:

“Elnar bəylə hələ ki, haram olduğu üçün tortu bərabər kəsmədik. Mən də anasına tortu verim. Elnar da baxa-baxa qaldı. Kəbini kəsdirim, mən də toyda tort yeyərəm”.

Cütlüyün paylaşdığı videolar sosial şəbəkəkələrdə geniş müzakirə mövzusuna çevrilib.xa0 Sosial şəbəkə istifadəçiləri Elnar və Ayseli tənqid ediblər, onların paylaşımlarını birmənalı qarşılamayıblar.xa0

Elnar da instaqram səhifəsində onları tənqid edənlərin şərhini paylaşaraq cavab verib. Gəlinin vəhabi olduğunu iddia edənlərə isəxa0 “Hardan bu qənaətə gəldiz? Saqqal saxlayıb, bığını qırxıb və balağını qısaldıb? İçiniz rahat olsun, xanım şiədir” –deyə bildirib.xa0

(Qafqazinfo)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO