Azərbaycanlı gənc rusiyalı modellə tanış olmaq istədi:  “Salam, xanım! Öz şəkillərinizdi?”

Azərbaycanlı gənc rusiyalı modellə tanış olmaq istədi: “Salam, xanım! Öz şəkillərinizdi?”

Hazırda oxunan: Azərbaycanlı gənc rusiyalı modellə tanış olmaq istədi: “Salam, xanım! Öz şəkillərinizdi?”

225464
Rusiyalı məşhur model Svetlana Bilalova aprelin sonlarında Bakıda keçirilmiş “Formula-1 Azərbaycan Qran-Prisi”nin qonağı olub.

Bakının görməli yerlərində xeyli şəkil çəkdirmiş Svetlana ara-sıra onları özünün “İnstagram” səhifəsində yerləşdirir.

Üç gün bundan əvvəl rusiyalı model sosial şəbəkədə Heydər Əliyev Mərkəzinin qarşısında çəkdirdiyi şəkli yerləşdirib. Təsadüfən bu şəklə rast gəlmiş azərbaycanlı “İnstagram” istifadəçisi (reshad.baxseliyev) modellə elə “kassadan ayrılmamış” tanış olmaq qərarına gəlib.

Fotoşəklin şərhlər bölməsində azərbaycanlı fürsətkeş gənc yazıb: “Salam, xanım! Öz şəkillərinizdi?” Svetlana Bilalova bu sualı cavabsız qoyub. Bəlkə də ona görə ki, Azərbaycan dilini bilmir.(Virtualaz.org)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO