"Dəlisiyəm gecənin" klipindəki açıq-saçıq görüntülərdən sonra müğənni Günay İbrahimlini film çəkilişində görəcəksiniz. "Sadəcə sev" filmindəki orazında G. İbrahimli açıq-saçıq obrazlarda çəkiləcək. Moderator.az xəbər verir ki, "ATV maqazin onlarla" verilişində ifaçı bu barədə belə qeyd edib:
"Məni tamaşaçılar cəsarətli aktrisa kimi tanıyacaqlar, efirlərdə görəcəksiniz. Bu barədə hələ çox danışılacaq. Cəsarətli görüntülər, şoka salacaq. Ancaq ifaçı kimi də fəaliyyətim davam edir".
































































































