Əməkdar artist, tanınmış aktrisa Mehriban Xanlarovanın iddiası əsasında bu gün Binəqədi rayon Məhkəməsində keçirilməsi nəzərdə tutulan proses təxirə salınıb.
Bu barədə Publika.az-a əməkdar artistin vəkili Əkbər Məmmədov açıqlama verib:
“Kərim Abbasovun vəkili vaxt istədi. Mehriban xanımın ünvanına yazılan ifadələrin təhqir olduğunu təsdiq edən məhkəmə ekspertiza rəyi ilə tanış olmaq istədi. Həm də Kərimin qohumunun rəhmətə getdiyini bəhanə edib prosesi təxirə salmağımızı xahiş etdilər. Hakim növbəti prosesi dekabrın 10-na təyin etdi”x9d.
Vəkil onu da bildirib ki, Kərim Abbasova qarşı qaldırılan bir milyonluq təzminat qüvvəsində qalır.































































































