Türkiyənin “Star”x9d telekanalında yayımlanan “Paramparça”x9d serialının baş qəhrəmanları arasında qalmaqal baş verib.
Moderator.az-ın Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, Erkan Petekkaya ilə Nurgül Yeşilçay arasında öpüşmə səhnəsinə görə gərginlik olub. Belə ki, daha öncə də mətbuata açıqlamasında seriallarda öpüşməyəcəyini dilə gətirən aktyor serialda öpüşməli imiş.
Öpüşməyi qəbul etməyən aktyora N. Yeşilçay “bu səhnəni mütləq oynamalıyıq”x9d deyə təkid edib. E. Petekkaya isə aktrisaya cavab olaraq “ Sən də öpüşməyə necə can atırsan..?!”x9d deyə qışqırıb.































































































