"Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılışı rəmzi məna daşıyır” – İlham Əliyev  

Hazırda oxunan: "Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılışı rəmzi məna daşıyır” – İlham Əliyev  

98753

"Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılışı rəmzi məna daşıyır. Bizim ölkəmizə və xalqımıza belə münasibətə görə Qırğızıstan Prezidentinə bütün Azərbaycan xalqı adından minnətdarlıq ifadə etmək istəyirəm. Biz bu parkda, həmçinin Qırğızıstan Prezidentinin xəyallarını, onun şəhərsalma üzrə, Qırğızıstanın digər şəhər və kəndlərinin sakinləri üçün rahat, yaxşı şəraitin yaradılması üzrə planlarını görürük". 

Bizim.Media xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Bişkekdə Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılış mərasimində söyləyib.

“Bizim təkcə gündəlikdə duran ikitərəfli məsələləri deyil, həm də bütövlükdə daha geniş mənada planları ətraflı müzakirə etmək, gələcəyə baxışlar barədə danışmaq fürsətimiz oldu.

Mən Qırğızıstan Prezidentinin Qırğız cəmiyyətinin hara gedəcəyi – sülhə, təhlükəsizliyə, milli köklərə, ortaq türk köklərinə bağlılığı barədə dəqiq anlayışı olduğunu gördüm. Bütün bunlar Azərbaycanda böyük hörmətlə qarşılanır, həmçinin Azərbaycan xalqının dahi övladlarının xatirəsinə göstərilən diqqətə bərabər tutulur”, - deyə ölkə başçısı bildirib. 

Sabah Qırğızıstan Prezidenti Sadır Japararovla birlikdə Azərbaycan xalqının böyük oğulları Heydər Əliyevin və Nizami Gəncəvinin adını daşıyan məktəblərdə keçiriləcək tədbirlərdə iştirak edəcəklərini qeyd edən Prezident İlham Əliyev deyib ki, Azərbaycanda görkəmli liderlərimizə, xadimlərimizə, onların xatirəsinə bu cür münasibəti yüksək dəyərləndirir, bunu qardaşlığın təzahürü kimi qiymətləndirirlər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO