Modelləşmə və Strateji İnkişaf Mərkəzinin prezidenti, Rusiya prezidentinin xüsusi nümayəndəsi Söyün Sadıkov Moderator.az-a göndərdiyi "21-ci əsirin BMT-si necə olmalıdır?" yazısında dünyanın ən ali qurumunun öz ömrünü başa vurduğunu və onun Amerikada deyil, neytral bir coğrafiyada fəaliyyət göstərməli olduğunu iddia edib:
"Bir neçə gün öncə Birləşmiş Millətlər Təşkilatı (BMT) özünün 70 illik yubileyini keçirdi. Dünyanın siyasi şərhçiləri, ekspertləri, politoloqları bu yubiley toplantısından möcüzə, sensasiya gözləyirdi. Bu sensasiya isə Şimali Afrika, Yaxın Şərq, İran, Ukraynada olan problemlərin həlli istiqamətində atılan addımlar olmalı idi. Ancaq bunların heç biri baş vermədi. Çünki BMT hazırda formal bir quruma çevrilib. Rusiya, ABŞ və Avropa Birliyi arasında olan gərginliyə BMT heç cür müdaxilə edə bilmir. Bildiyimiz kimi ABŞ öz müttəfiqləri ilə birgə “demokratik dəyərlər”x9d adı altında Tunis, Livan, Misir, Yəmən və Ukraynada inqilab həyata keçirdi. İndi gəlin biz bu ölkələrin son durumuna baxaq, hər birində gərginlik, müharibə insan ölümləri. ABŞ bu ölkələrə xaos gətirdi. Demokratiyanı güc yolu ilə insanlara təlqin etmək mümkün deyil. Hər bir ölkə demokratiyaya özünün dini, siyasi, iqtisadi maraqlarına uyğun formada yanaşır və ilk öncə öz adətlərini əsas götürür. Hər bir ölkə özü müəyyən etməlidir ki, necə idarə olunacaq. Dövlətlər ölkələrinin sultanlıq, monarxiya, prezidentli, yaxud da parlamentli respublika olmasını özləri müəyyən etməlidirlər. Demokratiya insan azadlığı, bərabərliyi deməkdir. Demokratik idarə oluna dövlət isə insanların istədiyi formada idarə olunmalıdır. Cəmiyyətlər fərqlidir, elə toplum var ki, onlar bir cür idarə olunmalarını istəyirlər, eləsi də var başqa cür. Əsas idarə olunmada insanların fikiridir.
ABŞ isə özünün istədiyi modeli bütün dünyada tətbiq etmək istəyir. Rusiya Federasiyasının prezidentinin bildirdiyi kimi bu gün dövlətlər arasında münaqişənin yaranmasına əsas səbəb bir dövlətin digərinin daxili işlərinə qarışmasıdır. Hər hansısa bir dövlətin daxili işinə qarışmaq olmaz bu demokratiyanın əsas tələblərindəndir. BMT - nin iclasındakı çıxış edən dövlət başçılaının nitqini dinləyən zaman hiss olunurdu ki, bu çıxışlar ABŞ tərəfindən hazırlanıb və onlar sifariş əsasında belə çıxışlar edirlər. Yalnız Qazaxıstan prezidenti Nursultan Nazarbayevin, Belarus prezidenti Aleksandır Lukaşenkonun və Rusiya prezidenti Vladimir Putinin çıxışı digər çıxışlardan fərqləndi. Onların çıxışı ABŞ və qərbin siyasi xəttinə uyğun deyildi, müstəqil mövqe idi.
Bu gün BMT nəinki ABŞ - ın düzgün olmayan siyasətinə göz yumur, onlar hətta Amerikanın apardığı siyasət nəticəsində ziyan çəkmiş ölkələrə qarşı da laqeydlik sərgiləyirlər. BMT beynəlxalq təşkilatdır, bu qurum üzv dövlətlərin ödədiyi üzvlük haqqı hesabına fəaliyyət göstərir və bütün dövlətlər qarşı bərabər mövqe sərgiləməlidir. Amma biz hazırda görürük ki, BMT yalnız ABŞ - ın maraqlarına xidmət edir. Təəssüflər olsun ki, SSRİ süqut etdikdən sonra BMT əvvəlki kimi fəaliyyət göstərə bilmir. Əvvəlki nüfuzunu qaytarmaq üçün gərək BMT ilk öncə neytral bir yerdə, adada fəaliyyət göstərsin. BMT ABŞ-da olmamalıdır. Hazırkı vəziyyət tam fərqlidir. Qurumun qərargahı ABŞ-ın Nyu York şəhərində yerləşir. İşçilərin hamısı ABŞ - da yaşayır, onların ailələri, problemləri, qayğıları ABŞ-la bağlıdır. İstər - istəməz bu şəxslərdə ABŞ-a bağlılıq, aslılıq yaranır. Bu qurum neytral yedə olsa BMT dünyada baş vermiş münaqişələrin həllində effektli işlər görə bilər, hazırkı məqamda isə bu mümkün deyil. Nə qədər ki, yer kürəsində insanlar yaşayır, pul, təbii resurslar var, dünyada müharibələr olacaq. Yer kürəsi texniki və təbii fəlakətlər də yaşayacaq, bütün bunlar qaçılmazdır. BMT dünyanın əsas qurumlarından biri olaraq sadaladığım müharibələrin qarşısını almaq, fəlakətlərin miqyasını azaltmaq üçün fəaliyyət göstərməlidir. Qurumun funksiyası bundan ibarət olmalıdır".































































































