“Rusiya Bakı və İrəvan arasında sülhə kömək edir” – Zaxarova  

“Rusiya Bakı və İrəvan arasında sülhə kömək edir” – Zaxarova  

Hazırda oxunan: “Rusiya Bakı və İrəvan arasında sülhə kömək edir” – Zaxarova  

97826

“Moskva Rusiyanın müttəfiqləri, iki yaxın dövlət arasında münasibətlərin normallaşdırılmasına, o cümlədən sülh sazişinin hazırlanmasına kömək göstərir”. 

Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirilən brifinqdə deyib. 

Zaxarova bildirib ki, Moskva Bakı və İrəvana hər şeyi əhatə edən təkliflər verib: 

“Sülh sazişi mövzusunun yüksək həssaslığını nəzərə alaraq, biz aparılan danışıqların detallarını açıq şərh etməyi məqsədəuyğun hesab edirik”. 

Sosial şəbəkələrdə yayılan videomateriallar barədə sualı cavablandıran Rusiya XİN-in nümayəndəsi diqqətə çatdırıb ki, təəssüflər olsun, buna bənzər məlumat müntəzəm meydana çıxır, onu hər iki tərəf səsləndirir. 
“Bütün bənzər hallar o cümlədən müharibə cinayəti təxirəsalınmaz, dəqiq təhlil tələb edir. Ona əsaslanaq ki, tərəflər Azərbaycan, Ermənistan və Rusiya liderlərinin nail olduqları üçtərəfli bəyanatların müddəalarına, o cümlədən digər qalan məsələlərə riayət etməlidirlər. Bu, hərbi əsirlərin mübadiləsi, itkin düşənlərin taleyinin araşdırılması, regionda mədəni-humanitar irsə aiddir”, - deyə M.Zaxarova qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO