“Ermənistan müharibəyə hazırlaşır” – Politoloq dəlillər GÖSTƏRDİ  

“Ermənistan müharibəyə hazırlaşır” – Politoloq dəlillər GÖSTƏRDİ  

Hazırda oxunan: “Ermənistan müharibəyə hazırlaşır” – Politoloq dəlillər GÖSTƏRDİ  

96836

“Ermənistanın müharibəyə hazırlaşdığı aydın görünür. Çünki son dövrlər Ermənistan tərəfindən təxribat xarakterli açıqlamaların verilməsi, ölkə siyasi-hərbi rəhbərliyinin Qərblə əlaqələr fonunda Azərbaycan əleyhinə faşist bəyanatlar səsləndirməsi, Paşinyan və komandasının rəsmi Bakının sülh çağırışlarına üzdə “hə” cavabı verib, provokativ bəyanatlar verməsi vəziyyətin nə qədər gərgin, həssas olduğunu göstərir”.  

Bu fikirləri Bizim.Media-ya açıqlamasında politoloq Tural İsmayılov bildirib.  

Onun sözlərinə görə, bu gün mənəvi-psixoloji durumu, hərbi gücü və hakimiyyətin dövlətçilik pultu formalaşdıra bilməməsi Ermənistanı başqa dövlətlərlə müharibə aparmaq potensialının olmadığını göstərir:  

“Lakin eyni zamanda, nəzərə almaq lazımdır ki, Ermənistana dəstək verən imperialist qüvvələr var. Onlar Rusiyanın moderatorluğu altında həyata keçirilən danışıqların dəyərsizləşdirilməsi və etibarsızlaşdırılması siyasətini həyata keçirirlər.

Onlar Nikol Paşinyandan maşa kimi istifadə edərək Rusiyanın mövqelərinin zəiflədilməsi, Moskvanın vasitəçiliyi ilə keçirilən danışıqlarda hansısa irəliləyişlərin olmaması görüntüsünü yaratmağa çalışırlar.  
Bu siyasətin davamı olaraq da Paşinyanı təhrik edərək, müharibəyə başlamağa sövq edirlər. Bu baxımdan hesab edirəm ki, Ermənistanın sözügedən davranışları, danışıqları uzatması, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi, onun müharibəyə hazırlaşdığını göstərən mühüm dəlillərdir”.  


Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO