Metyu Brayza Qərbin adından DANIŞDI: “Putin böyük risqə getdi, müharibə şiddətlənəcək”

Metyu Brayza Qərbin adından DANIŞDI: “Putin böyük risqə getdi, müharibə şiddətlənəcək”

Hazırda oxunan: Metyu Brayza Qərbin adından DANIŞDI: “Putin böyük risqə getdi, müharibə şiddətlənəcək”

95546

"Putin mobilizasiya elan etməklə Amerikaya, Qərbə və bütün dünyaya mesaj ötürdü ki, onu müharibə ilə bağlı fikrindən daşındıra bilməyəcəklər".

Bu sözləri Rusiyanın qismən səfərbərlik etməsi fonunda Bizim.Media-ya ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza söyləyib.
 

MÖVZU İLƏ BAĞLI:

Metyu Brayze: “Rusiya Moldovanı ələ keçirməyə hazırlaşır” - EKSKLÜZİV


Diplomatın fikrincə, səfərbərlik etmək Putin üçün böyük bir risqdir: 

"Çünki Rusiya vətəndaşlarının çoxu bunu istəmirdilər. Onların əksəriyyəti Ukraynada vuruşmağın əleyhinədirlər. Son aldığı qərarlar Putin üçün böyük risqdir, həmçinin bir növ özünün çarəsizlik siqnalını da Qərbə ötürmüş oldu. Bu həm siyasi, həm də maddi itkilərə yol açacaq insan faciəsidir. Çünki hücumların sayı artdıqca insan tələfatı da artacaq". 

Brayza hesab edir ki, konkretləşdirsək, qismən səfərbərlik qərarı özlüyündə Qərbə bir neçə mesaj ötürmüş oldu:

"Qərbə ötürülən başqa bir mesaj odur ki, bu qarşıdurma çox ağır olacaq. Çünki Rusiya ordusu say və silah baxımından Ukrayna ordusundan xeyli çoxdur. Bu zaman Qərb Ukraynaya maksimum dəstək verməlidir. Təkcə silah yox, canlı qüvvə də göndərmək lazım gələcək. Bəlkə ruslar düşünür ki, bunların fonunda Bayden administratsiyası danışıqlar masasına oturmaq haqqında fikirləşəcək. Amma mən əksini fikirləşirəm, Ağ Ev Ukraynanın qələbə qazanması üçün onu daha çox silahla təmin edəcək, müharibə şiddətlənəcək".

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO