“Biz Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında hərbi eskalasiyanı və bunun nəticəsində yaranmış münaqişə vəziyyətini böyük narahatlıqla izləyirik”.
Bizim.Media xəbər verir ki, bu, Gürcüstan Xarici İşlər Nazirliyinin (XİN) açıqlamasında qeyd olunub.
“Qarşıdurmalar zamanı zamanı ölən və yaralananların olması barədə məlumatlar var. Tərəflərin danışıqlar masasına gətirilməsi və (vəziyyətin) daha da gərginləşməsinin qarşısının alması təmin edilməlidir.
Qarşıdurmaların istənilən yüksəlişi bütövlükdə regionun təhlükəsizliyinə nəzərə çarpan dərəcədə mənfi təsir göstərəcək. Bu baxımdan gərginliyin aradan qaldırılması və dialoqun bərpası üçün beynəlxalq ictimaiyyətin birgə səyləri xüsusi əhəmiyyət kəsb edir.
Gürcüstan münaqişə tərəfləri arasında dialoqa ev sahibliyi etməklə regionda sülh və sabitliyin bərpası prosesində fəal iştirak etməyə sadiqdir”, - Nazirliyin açıqlamasında bildirilib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
11:14 / 14.09.2022
Gürcüstandan Azərbaycan-Ermənistan arasında dialoqa ev sahibliyi etmək TƏKLİFİ
Hazırda oxunan: Gürcüstandan Azərbaycan-Ermənistan arasında dialoqa ev sahibliyi etmək TƏKLİFİ
Hazırda oxunan: Gürcüstandan Azərbaycan-Ermənistan arasında dialoqa ev sahibliyi etmək TƏKLİFİ
93729
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.