Əsirlərin qaytarılması qarşılığında Ermənistan nəyə razılaşıb? – Fərid Şəfiyevdən CAVAB

Əsirlərin qaytarılması qarşılığında Ermənistan nəyə razılaşıb? – Fərid Şəfiyevdən CAVAB

Hazırda oxunan: Əsirlərin qaytarılması qarşılığında Ermənistan nəyə razılaşıb? – Fərid Şəfiyevdən CAVAB

92947

Xəbər verdiyimiz kimi, sentyabrın 7-də Azərbaycan tərəfindən saxlanılan daha 5 erməni hərbçi ölkəsinə təhvil verilib. Bununla yanaşı, Avropa İttifaqı Şurasının Prezidenti tviter hesabından yazdığı statusda tərəflərin ilk dəfə olaraq qarşılıqlı şəkildə əsirlərin qaytarılması prosesini həyata keçirməsini təqdir edib.

Sözügedən məsələdə ən çox maraq doğuran suallardan biri isə Ermənistan tərəfinin buna qarşılıq olaraq hansı addımı atmasıdır.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevin sözlərinə görə, əsirlərin qaytarılmasını avqustun 31-də keçirilən sonuncu Brüssel görüşünün nəticəsi hesab etmək olar:
 

MÖVZU İLƏ BAĞLI:

Erməni diversantlar ölkələrinə vasitəçisiz qaytarılıb – İLK DƏFƏ – ÖZƏL  


“Baxmayaraq ki, sülh prosesinin davam etməsində çətinliklərlə üzləşirik, lakin bu cür hərəkətlərin olacağını deyə bilərik. Ola bilsin ki, buna qarşılıq olaraq ermənilər də bir sıra addımlar atacaqlar.

Xüsusən də, humanitar mövzularda bir sıra məsələlər gündəmdədir. İtkin düşmüş şəxslərin taleyi və mina problemi də məhz bu kontekstdədir. Doğrudur, Ermənistan tərəfi iddia edir ki, bütün mina xəritələrini Azərbaycana təhvil verib, amma bu başqa məsələdir. Bəlli olansa odur ki, proses baş verir”.
Fərid Şəfiyev saxlanılanların qarşılıqlı olaraq vasitəçisiz qaytarılmasına da münasibət bildirib:

“Ümumiyyətlə, bir çox sahədə biz ermənilərlə birbaşa, vasitəçi olmadan problemlərin həllinə nail olmağa çalışırıq. Elə delimitasiya və digər məsələlər də bu qəbildəndir. Lakin ermənilər həmişə olduğu kimi, hansısa xarici qüvvələrə güvənmək istəyir, onun vasitəsilə həllə nail olmağa çalışırlar. Biz isə qarşılıqlı təmaslara hazırıq və əsirlərin qaytarılması da nümunədir ki, biz bu istiqamətdə addım atmışıq”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO