Azərbaycan İspaniya ilə anlaşma memorandumu imzaladı - FOTO

Azərbaycan İspaniya ilə anlaşma memorandumu imzaladı - FOTO

Hazırda oxunan: Azərbaycan İspaniya ilə anlaşma memorandumu imzaladı - FOTO

92614

Sentyabrın 7-də xarici işlər naziri Ceyhun Bayramov İspaniyaya rəsmi səfəri çərçivəsində İspaniya Krallığının Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq naziri Xose Manuel Albares Bueno ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Bizim.Media-ya verilən xəbərə görə, nümayəndə heyətinin qatılımı ilə geniş tərkibli görüşdə nazirlər ölkələrimiz arasında bir sıra istiqamətlər üzrə, o cümlədən iqtisadiyyat, ticarət, yüksək texnologiyalar, enerji, elm-təhsil, turizm, mədəniyyət və digər sahələrdə əməkdaşlığın möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıblar. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan və İspaniya arasında anlaşma memorandumu imzalanıb


Bu il diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunduğu, qarşılıqlı yüksək səviyyəli səfərlərin və siyasi səviyyədə dialoqun önəmli olduğu qeyd edilib.

Ceyhun Bayramov həmkarına bölgədə post-münaqişə dövründə mövcud olan vəziyyət, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri, minaların təmizlənməsi, məcburi köçkünlərin təhlükəsiz şəraitdə evlərinə geri dönmələri üçün görülən işlər, Azərbaycanın bölgədə sülh quruculuğu istiqamətində atdığı addımlar barədə məlumat verib.

İşğaldan azad edilmiş ərazilərdə turizm, alternativ enerji, kənd təsərrüfatı və mədən sənayesi sahəsində geniş işlər görüldüyü və İspaniya şirkətləri ilə geniş əməkdaşlıq perspektivləri olduğu bildirilib.

Bununla yanaşı, Ələt Azad İqtisadi Zonasında sərmayə qoyuluşlarının ikitərəfli münasibətlərə töhfə verəcəyi diqqətə çatdırılıb.

Nazir Xose Manuel Albares Bueno İspaniya şirkətlərinin Azərbaycanda sərmayə qoyuluşunda maraqlı olduqlarını, turizm, ticarət və iqtisadiyyat sahəsində geniş əməkdaşlıq perspektivlərinin mövcudluğunu vurğulayıb.
Azərbaycanın Avropa İttifaqı ilə tərəfdaşlığı, enerji və tranzit sahəsində əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparılıb, İspaniyanın Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafını dəstəklədiyi, növbəti ildən təşkilata sədrlikləri dövründə bu prosesdə daha yaxından iştirak edəcəkləri qeyd edilib.

18 iyul tarixində Azərbaycan Prezidenti İlham Əliyev ilə Avropa İttifaqı Komissiyasının Prezidenti Ursula fon der Leyen arasında imzalanmış anlaşma memorandumunun İspaniya üçün yeni əməkdaşlıq perspektivləri açdığı da İspaniya naziri tərəfindən vurğulanıb.

Cənub Qaz Dəhlizində İspaniyanın Enagas şirkətinin 16% paya sahib olmasından məmnunluq ifadə olunub. Nazir Albares Bueno Avropa İttifaqının bölgədə vasitəçilik səylərinə dəstək verdiklərini, Azərbaycanla Ermənistan arasında sülhün təmin olunması istiqamətində töhfə verməyə hazır olduqlarını qeyd edib.

Tərəflər, həmçinin beynəlxalq təşkilatlar və çoxtərəfli formatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Görüş çərçivəsində nazirlər ADA Universiteti və İspaniya Krallığının Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyinin Diplomatik Məktəbi arasında Memorandum imzalayıb. Bu sənədin ölkələrimizin diplomatik akademiyaları arasında münasibətlərin inkişafı, təhsil sahəsində mübadilələrin artmasına töhfə verəcəyinə əminlik ifadə olunub.
Görüşdən sonra, xarici işlər nazirləri mətbuat brifinqində görüşün nəticələrinə dair bəyanatla çıxış ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO